Sep 19 2019 18:57
Views: 261

“Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində koreyalı ekspertlərin hazırladığı milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Mərkəzin direktoru Rəşad Xanlarov bildirib ki, Təhsil kompleksi tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Burda qısa müddətli ixtisasartırma kursları da fəaliyyət göstərir. Proqramda 60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb.

Yeni peşə təhsili müəssisəsinə təşkil olunan infoturda jurnalistlər mərkəzin dərs otaqları və emalatxanalarla tanış olublar. Mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə kadrlar hazırlanir.

Tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə kurslar keçiriləcək. Məzunların işlə təmin olunmasına şirkətlərin dəstək göstərməsi də nəzərdə tutulur.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə yaradılıb. Burda 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.


Create Account



Log In Your Account