Oct 07 2019 20:59
Views: 24

Azərbaycan hökuməti yeni islahatlar paketi hazırlayır. Bu haqda CBC-yə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məlumat verib. Nazir müavini xatırladıb ki, bu ilin əvvəlində minimum pensiyaların məbləği 40 faiz artaraq 160 manata qədər artıb. Sosial islahatların ikinci mərhələsində isə pensiyaların minimum məbləği 200 manata çatdırılıb. Bu artımlar davam edəcək. 
Bu islahatlardan sonra Azərbaycan MDB ölkələri üzrə minimum pensiyaların alıcılıq qabiliyyətinə görə birinci yerə çıxıb. Orta aylıq pensiyalara görə ilk üçlüyə daxil olunub. Azərbaycan bu islahatlara yalnız kəmiyyət baxımdan yox, həm də keyfiyyət baxımdan yanaşır. Ona görə də instutisional islahatlar və ən əsası qanunvericilikdə dəyişikliklər məsələsinə də diqqət yetirilir.
Elektron xidmətlərin sayını artırmaqla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi proaktiv xidmətlərə keçir. Bunun fərqli və üstün cəhəti ondan ibarətdir ki, əgər elektron xidmətlər üçün vətəndaş sənədləri toplayıb müraciət edirdisə, indi vətəndaşın müraciətinə, sənədlər toplamasına ehtiyac qalmır.
İlk olaraq ölkədə yaşa görə pensiyaların təyinatı avtomatlaşdırlııb. Bu ilin əvvəlindən etibarən təxminən 15 minə yaxın vətəndaş bu xidmətdən bəhrələnib. İlin sonunadək onların sayının 25 min olacağı gözlənilir.
Sonradan proaktiv xidmətlərə digər növ pensiyalar, xüsusilə də müavinətlərin verilməsi də daxil ediləcək. Məsələn, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, işsizliyə görə müavinətlər də avtomatlaşdırılacaq. Gələn il 20-yə yaxın müavinətin verilməsi proaktiv ximətə keçəcək.


Create Account



Log In Your Account