Apr 05 2019 18:20
Views: 149

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Dövlət-Biznes Dialoqu Platforması, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalını istifadəyə verib. Bundan sonra Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya, idarəetməni Azranking.az Portalı vasitəsilə elektron qaydada həyata keçirəcək. Eyni zamanda  Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru  Vüsal Qasımlının  sözlərinə  yeni portal özəl sektorun imkanlarının təhlili prosesində vaxta qənaət etməyə imkan verəcək.  Bununla da biznes və idarəetmə sahəsində vacib məsələlərə daha çox diqqət ayırmaq mümkün olacaq.

İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov   bildirdi ki son illər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması bu istiqamətdə atılan addımların məhsuldar olduğunu göstərir. Nazir müavini  bu sahədə aparılan işlərin daha da genişləndiriləcəyini  və gücləndiriləcəyini dedi.

Yeni portalda beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və eyni zamanda, reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyaları yer alıb.


Create Account



Log In Your Account