Feb 24 2020 18:55
Views: 256

Azərbaycanda 2021-ci ildə yeni qızıl yataqları istismara veriləcək. Bu, Çovdar yatağının cinahları olan Ağyoxuş və Mərəh yataqlarıdır. Bu barədə “AzərGold” QSC-nin sədri Zakir İbrahimov açıqlama verib. Bildirib ki, hazırda layihələr üzrə işlər aparılır. Bundan başqa, Çovdar yatağının 2024-cü ildə yeraltı fazasının istismara verilməsi nəzərdə tutulub. Yatağın sulfid fazası üzrə təsdiqlənmiş resursları 350 min unsiya qızıl və 925 min usniya gümüş təşkil edir. “AzərGold”un digər iri layihələrindən biri də Filizçay yatağıdır. Filizçay yatağının aktiv istismarına 2025-ci ildən başlanacaq. “AzərGold” QSC-nin 2019-cu ildə gördüyü işlərə gəlincə, şirkət ötən il ərzində 55,2 min unsiya qızıl istehsal edib. Ötən il ixrac əməliyyatları da uğurlu olub. Belə ki, 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Qızlın satışında 141,9 milyon manat, gümüşün satışından isə 3 milyon manatdan çox gəlir əldə olunub.


Create Account



Log In Your Account