Apr 08 2019 15:02
Views: 370

Azərbaycan və Avropa İttifaqı arasında yeni razılaşmanın böyük bir qismi ticarət münasibətlərinin inkişafını əhatə edəcək. Bunu CBC-yə müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirdi. Onun sözlərinə görə, burda Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi layihələr xüsusilə önəmli rol oynayır.

Kestutis Yankauskas qeyd etdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzərində işlər final mərhələsindədir. Bu sənəd qarşıdakı 10 ildə əməkdaşlığın əsas istiqamətləri təşkil edəcək.

Qeyd edək ki, yeni razılaşma 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz etməlidir. Burada Avropa İttifaqı və Azərbaycanın qarşılaşdıqları problemlər və ümumi maraqlar daha çox nəzərə alınacaq.


Create Account



Log In Your Account