Jun 17 2019 18:30
Views: 306

Azərbaycanla Avropa ittifaqı arasında imzalanacaq saziş əməkdaşlığı yeni bir səviyyəyə qaldıracaq. Bunu CBC-yə açıqlamasında Avropa ittifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Onun sözlərinə görə, yeni saziş  ticarət əlaqələrinin inkişafı üçün yaxşı təməl yaradacaq.

Kestutis Yankauskasın sözlərinə görə, Bakıda uğurla keçən Azərbaycan-Avropa itttifaqı Biznes forumu qarşılıqlı marağın mövcudluğunu və iqtisadi əməkdaşlığın dərinləşdiyini göstərir.

Səfir regionların inkişafı, kənd təsərrüfatı, nəqliyyat və rabitə, turizm sahlərinin Azərbaycanla Avropa ittifaqı arasında əməkdaşlığın əsas istiqamətləri olduğunu bildirb. Qeyd edib ki, bu gün Azərbaycanda 400-ə yaxın Avropa şirkəti fəaliyyət göstərir. Yeni saziş Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əvəz edəcək.


Create Account



Log In Your Account