Mar 01 2018 16:33
Views: 1223

12 yaşlı Rəsul Zəkiyev əlil arabasına məhkum həyatı sürür. Bu çətin ömür yolunda ata-anasının dəstəyi onun həmyaşıdları ilə ünsiyyət problemini dəf etmək üçün yetərli olmayıb. Çarəsiz valideynlər 6 il əvvəl UAFA-dan kömək istəyib. Beynəlxalq təşkilatın mütəxəssisləri isə Rəsulun təkcə psixoloji maneələrini aradan qaldırmır, hətta ona idmaN və sənətlə peşəkar şəkildə məşğul olmaq üçün kömək edir.
Bu il UAFA Beynəlxalq Təşkilatı - 20 yaşını qeyd edir. Təşkilat bu illər ərzində 10 mindən çox uşağa təmənnasız sosial yardım göstərib.
UAFA idman və yaradıcı müsabiqələr də təşkil edir. Təşkilatın nümayəndələri ölkənin müxtəlif bölgələrinə SƏFƏR edərək, övladları fiziki məhdudiyyətli olan valideynlərlə tanış olurlar. Yerli və xarici mütəxəssislər sayəsində bu cür uşaqların sevimli məşğuliyyəti aşkarlanır. "Möcüzə" rəqs qrupu da belə uğurlu tapıntılardan biridir.
UAFA – gələcəkdə də yeni sosial layihələr reallaşdırmağı planlaşdırır.


Create Account



Log In Your Account