Jan 29 2019 18:13
Views: 302

Xəlilovlar prezident İlham Əliyevin yeni fərmanı ilə 11 min manatlıq birdəfəlik ödəniş alacaq 2264 şəhid hərbi qulluqçu ailəsindən biridir. Şəhid anası Tərlan Xəlilova deyir ki,  oğlu Eldar 1994-cü ildə hərbi xidmətə yollananda cəmi 18 yaşı olub. 1 il sonra 1995-ci ildə şəhid olub. Eldar 1995-ci ilin martın 17-də dövlət çevrilişə cəhd zamanı  Azərbaycan Silahlı Qüvvələrinin dəstələri tərkibində qulluq edən əsgər olub.

Gənc yaşda  şəhid olan Eldara ölümündən sonra Milli Qəhrəman adı verilib. Tərlan Xəlilova deyir ki, dövlətin qayğı və diqqətini hər zaman hiss edib. Bu səbəbdən birdəfəlik ödəmənin əhatə dairəsinin daha da genişlənməsini təəccüblə qarşılamayıb.

Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin daha əvvəl müavinət almış şəhid ailələrinə də birdəfəlik ödəmə verilməsi barədə fərmanın icrası üçün işlərə başlayıb. Nazirliyin rəsmisi Babək Hüseynov bildirib ki, fərmana əsasən 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də ödəniş ediləcək. Bunun üçün həmin vərəsələr müvafiq sənədlə nazirliyə müraciət etməlidir.

Ötən gün prezidentin imzaladığı yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Ötən gün prezident İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər barədə də sərəncam imzalayıb. Sənədə əsasən bu məqsədlə dövlət büdcəsindən 35 milyon manat ayrılacaq.


Create Account



Log In Your Account