Apr 16 2019 18:40
Views: 815

Bu günədək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 23 mindən artıq fermer qeydiyyatdan keçib. Bu həftədən Bərdə rayonunda sistemin tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. Bərdədə Qərb və Qarabağ bölgəsində fəaliyyət göstərən 16 Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarına, Aqrar İnkişaf Könüllülərinə və ASAN Könüllülərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi təlimlər keçirilib. Təlimlərə ümumilikdə 60-dək şəxs cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları iştirakçılara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığını izah ediblər. Sistemin tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir.

Bərdə “ASAN xidmət” Mərkəzində fermerlərə yardım məqsədilə iki xidmət pəncərəsi yaradılıb, Səyyar ASAN xidmət avtobusu isə Şörəlli kəndində fermerlərə xidmət göstərməyə başlayıb.


Create Account



Log In Your Account