Jul 02 2019 14:29
Views: 163

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Sabunçu rayonunun qəsəbələrində paylayıcı su şəbəkələri inşa edilir. 

Sabunçu rayonunda icra olunan layihələr Maştağa, Zabrat, Pirşağı, Bilgəh, Nardaran qəsəbələrini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Ötən müddətdə Pirşağı, Nardaran və Bilgəh qəsəbələrinin içməli su qıtlığının daha çox müşahidə olunduğu ərazilərində yeni mərkəzləşdirilmiş su şəbəkələri yaradılıb. Maştağa və Zabrat qəsəbələrində də yeni layihələrin icrası davam etdirilir.

Yeni su xətləri istismara verildikdən sonra əhali  dayanıqlı və keyfiyyətli  içməli su ilə təmin olunacaq. İlkin mərhələdən bu layihələrdən 5 minədək sakin faydalanacaq. Növbəti mərhələdə rayonun içməli sudan əziyyət digər yaşayış massivlərində də su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri həyata keçiriləcək.


Create Account



Log In Your Account