Oct 23 2019 18:57
Views: 263

Ölkədə yeni tarix-mədəniyyət qoruqları olacaq. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqları yaradılacaq. Dövlət başçısının sərəncamında qeyd olunur ki, yeni tarix-mədəniyyət qoruqlarının yaradılmasının məqsədi Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etməkdir. 
Uzun illər Ağsu orta əsr şəhəri ilə bağlı tədqiqatlar aparan tarixçi Fariz Xəlilli bildirib ki, bu qərar Azərbaycanın tarixi irsinə böyük diqqəti göstərir.
Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək. Bu qurumun 5 regional idarəsi yaradılacaq. Məqsəd dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etməkdir.

 


Create Account



Log In Your Account