Jul 25 2019 14:43
Views: 207

Uzun müddət istismardan sonra Hirkan–Mamusta–Siyavar avtomobil yolu dağılıb, çökmələr və çatlar əmələ gəlib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu aparılan təmir-tikinti işləri yekunlaşdırır. İşlər texnloji ardıcıllığa riayət olunmaqla aparılır.  Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib və eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib.

Yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə yeni boruların tikintisi aparılıb.  Yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətləri çəkilməsindən sonra yol istifadəyə veriləcək. 

   


Create Account



Log In Your Account