Feb 24 2020 18:48
Views: 159

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, beton və bardyurların quraşdırılması, ətraf mühitin qorunması tədbirlərinin görülməsi nəzərdə tutulur. Yeni layihələndirilən yol üzrə yararsız materialın qazılması və dolğu işləri bitib, yol boyu hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri demək olar ki, tamamlanıb. Yeni magistral yolun sözügedən hissəsində artıq suötürücü boruların tikintisi üzrə işlər tam, tunellərin tikintisi üzrə 98 % yekunlaşıb. 19 ədəd körpü və yolötürücünün, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü borunun, 20 ədəd keçidin tikintisi nəzərdə tutulur. Yeni avtomobil yolunun uzunluğu 150 km olacaq. “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin maliyyələşməsi dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. 2017-ci il dekabrın 7-də layihənin tikintisi ilə bağlı təməlqoyma mərasimi keçirilib.


Create Account



Log In Your Account