Aug 09 2019 18:33
Views: 251

Respublikanın yol infrastrukturunun yenidən qurulması layihələri çərçivəsində Daşkəsən rayonunun Gəncə–Daşkəsən-Quşçu–Çovdar–Çaykənd avtomobil yolunda işlər davam edir. Respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən ayrılan yerli əhəmiyyətli Quşçu-Çovdar-Çaykənd avtomobil yolu IV texniki dərəcəli olmaqla uzunluğu 24.9 km-dir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yararsız vəziyyətə düşüb. bu problemlər vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, yol boyu 10 metr enində yeni yol yatağı inşa olunur.Layihə çərçivəsində hazırda torpaq işləri bitən ərazilərdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Tikinti işlərinin sonuncu mərhələsində, 6 avtobus dayanacağının tikintisi, yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin, həmçinin 50 km göstəricisinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. Bu işlərinisə yaxın müddətdə yekunlaşdırılması və avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır.


Create Account



Log In Your Account