Jun 05 2020 18:13
Views: 549

Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Respublika ərazisində toxumçuluğun inkişaf etdirilməsi məqsədilə  5 rayonda, o cümlədən Ağcabədidə Dənli Bitki Toxumlarının Emalı Zavodu inşa edilib. Kompleksə inzibati bina, taxıl təmizləmə bloku, anbar, bunkerlər və digər obyektlər daxildir. Müasir texnologiyalar tətbiq edilməklə yaradılan zavodun emal gücü bir saatda 5 tondur.

Zavodda quraşdırılmış emal xəttinin ayrılmaz hissəsi olan 3000 tonluq  silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Həmçinin bu qruğular saxlanc məqsədilə istifadə oluna bilər.

Zavodda 25 nəfərlik yeni iş yeri yaradılacaq. Xatırladaq ki, iyunun 3-də Ağcabədiyə səfəri zamanı prezident İlham Əliyev yeni zavoda baş çəkib. Müəssisənin açılışında iştirak edib.


Create Account



Log In Your Account