Jun 13 2018 19:23
Views: 197

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda səfərdədir. Vasitəçilər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb və danışıqlar prosesində irəliləyişə nail olunması imkanları müzakirə olunub.  
Lakin Yerevanın ənənəvi destruktiv mövqeyinə sadiq qalan Ermənistan xarici işlər naziri bu dəfə də sülh prosesi və atəşkəsin pozulmasında Azərbaycanı ittiham edib. Bununla da bir daha sübut edib ki, Ermənistan münaqişənin həlli və substantiv danışıqların bərpasına yox, diqqəti hər zaman olduğu kimi atəşkəs rejiminin uzadılmasına yönəldərək, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud status-kvonun qorunub saxlanmasında maraqlıdır.
“Ermənistan tərəfi müxtəlif səviyyələrdə bununla əlaqədar zidiyyətli bəyanatlarla çıxış edir. Azərbaycan tərəfi bu kimi açıqlamaları qəbul etmir. Bunlar danışıqlar prosesinin mahiyyətini təhrif etməyə yönəlmiş və istiqamətlənmiş açıqlamalardır. Münaqişənin həlli prosesində Azərbaycanın mövqeyi qəti və birmənalı xarakter daşıyır. Belə ki, artıq danışıqlar prosesinin formatı, mövzusu və gündəliyi bəllidir.

Ermənistanın son dövrlərdə bu kimi açıqlamalarla çıxış etməsi danışıqlar prosesini iflic vəziyyətinə salmaq, status kvonu saxlamaq və hər bir vəchlə Azərbaycanın işğal olunmuş ərazilərinin aneksiyasını həyata keçirməkdir. Bunlar da Azərbaycan üçün qəbuledilməzdir. Və Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək”.


Create Account



Log In Your Account