Apr 26 2019 14:50
Views: 197

Hər gün düynada 7 min 500 nəfər istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi ucbatından həlak olur. Bunların 6 min 500 nəfəri peşə xəstəlikləri, min nəfəri isə sırf iş yerindəki qəzalarda dünyasını dəyişir. 28 Aprel Ümumdünya Əməyin  Mühafizəsi günündə bu məsələlər gündəmə gətirilir. 2019-cu ildə Beynəlxalq Əmək Təşkilatı bu günün mövzusunu “Təhlkəsizlik, sağlamlıq və əməyin gələcəyi” kimi elan edib.

 Azərbaycanda bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi istehsalatla əlaqəli 42 bədbəxt hadisəni araşdırıb. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər xəsarət alıb. Dövlət Əmək Müfəttişliyi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, onların əmək hüquqlarının qorunmasına nəzarət edir. Bundan əlavə, müfəttişlik həm də vətəndaşlardan gələn şikayətləri araşdırır.

 


Create Account



Log In Your Account