Mar 12 2019 18:13
Views: 457

Bundan sonra şirkət və qurumlar hansısa data məlumatların itəcəyindən və silinəcəyindən narahat olmaya bilərlər. Yevlaxda tikilən Coğrafi Ehtiyat DATA mərkəzi bu cür itkilərin qarşınının alınmasına yardım edəcək. Bu haqda bu gün “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbirdə məlumat verilib. Toplantıda rəqəmsallaşma dövründə kibertəhlükəsizliyin qorunub saxlanılması üzrə biznes fəaliyyəti və həlləri barədə məlumat verilib. Həmçinin, “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri barədə təqdimatlar nümayiş etirilib.

 Bakı şəhərində hər hansı fövqəladə hadisə baş verərsə, coğrafi rezervlənməsini təmin etmək üçün 300 km uzaqlıqda yerləşən Yevlax şəhərində Data Mərkəzinin ehtiyat nüsxəsinin yaradılması üzrə işlər davam edir. Ehtiyat Data Mərkəzinin inşası İP əsaslı Multimedia Subsisteminin  coğrafi rezervlənməsini mümkün edəcək.


Create Account



Log In Your Account