Mar 06 2018 14:55
Views: 1404

Vaşinqtoda Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin illik siyasi konfransı çərçivəsində Azərbaycan-İsrail tərəfdaşlığına həsr edilmiş “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilib. Seminara ictimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrinin 250-dək nümayəndəsi qatılıb. Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov Azərbaycanın müxtəlif mədəniyyətləri birləşdirən məkan olduğunu deyib. Bildirib ki, rəsmi Bakı Amerika Birləşmiş Ştatları və İsraillə münasibətlərə önəm verir. Diplomat qeyd edib ki, Azərbaycan Birləşmiş Ştatlarla mövcud strateji əməkdaşlıq çərçivəsində Əfqanistanda sülhməramlı əməliyyatların aparılmasına dəstək verir. Bununla yanaşı, dünyanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır və Azərbaycan yeni İpək Yolunun mərkəzində dayanan ölkə kimi irimiqyaslı nəqliyyat layihələrinin təşəbbüskarıdır. Səfir Azərbaycanın İsraillə də münasibətərinin dostluq və əməkdaşlıq çərçivəsində qurulduğunu deyib. Bildirib ki, İsrail dövlətinin müsəlman dünyası ilə əlaqələrində Azərbaycanın əhəmiyyətli rolu var. Qeyd edək ki, AİPAC illik siyasi konfransı yəhudi icmasının ən böyük siyasi tədbiridir.


Create Account



Log In Your Account