Aug 12 2020 14:32
Views: 196

Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələr və əməkdaşlıq ən yüksək səviyyəyə çatdırılıb. Bunu CBC-yə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, Türkiyə ordusunun ehtiyatda olan general-mayoru Yücel Karauz deyib.  Bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu vəzifədə ilk səfərini Türkiyəyə etməsi də məhz bundan xəbər verir. Xüsusilə hərbi sahədə əməkdaşlıq səfər zamanı diqqət mərkəzində olub. Yücel Karauz hesab edir ki, Xarici işlər nazii Mövlud Çavuşoğlunun səsləndirdiyi dəstək fikirləri də çox önəmlidir.

Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birinə dəstək olur, qarşılıqlı maraqlarını müdafiə edirlər. Yerli ekspertlər də Türkiyənin hər sahədə, o cümlədən siyasi və iqtisadi baxımdan Azərbaycanı dəstəkləməsinin böyük əhəmiyyətini qeyd edirlər. Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu bildirib ki,  belə yüksək səviyyəli münasibətlərin xarakteri əməkdaşlığın inkişaf səviyyəsinə də təsir edir. Regionda cərəyan edən proeslərə Azərbaycanın ciddi təsir imkanları var ki,Türkiyə ilə əməkdaşlıq bu imkanları daha da genişləndirir.

Ekspert bildirir ki, Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi maraqları olan qüvvələr də regionla bağlı fəaliyyətlərini Türkiyə-Azərbaycan münasibətlərinin xarakterinə uyğun şəkildə koordinasiya etməli olurlar.


Create Account



Log In Your Account