Feb 19 2019 18:12
Views: 264

“Azərbaycanda beynəlxalq nəqliyyat sisteminə inteqrasiyaya, infrastrukturun inkişafına xüsusi diqqət yetirilir. Xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir”. Bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasındakı çıxışında bildirib. Qeyd edib ki, Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

Nazir Azərbaycanın tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycanın avasiya potensialı haqqında danışan nazir gələcəkdə uçuş istiqamətlərinin sayının artırılmasının nəzərdə tutulduğunu bildirib.

Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey qeyd edib ki, bu, Avropa İttifaqı səviyyəsində keçirilən yeddinci belə dialoqdur. Bildirib ki, Azərbaycanın regionun mühüm kommunikasiya qovşaqlarından biri kimi qiymətləndirilir. 

Tədbirdə aviasiya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi müzakirə olunub. Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 


Create Account



Log In Your Account