Apr 17 2019 18:32
Views: 671

Bakıda İnformasiya Cəmiyyətinin İnkişafı  üzrə Yüksək Səviyyəli İşçi Qrupun 6-cı iclası keçirilib. İclasda 2019-2025-ci illər üçün İşçi Qrupun fəaliyyət istiqamətləri, prioritetləri, üzv ölkələrdə rəqəmli inkişaf, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün üzv ölkələrin əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, rəqəmli iqtisadiyyat proqramlarının həyata keçirilməsində rabitə operatorlarının rolu və vəzifələri istiqamətində də fikir mübadiləsi aparılıb. Eyni zamanda, 2030-cu ilədək MDB ölkələrinin İqtisadi İnkişaf Strategiyası layihəsinin hazırlanması, “Rəqəmsal inkişaf sahəsində MDB-yə üzv dövlətlərin əməkdaşlıq konsepsiyası” layihəsinin və onun icrası üçün prioritet tədbirlər planının həyata keçirilməsi, internet idarəetməsi sahəsində İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun üzvlərinin əməkdaşlığının genişləndirilməsi, işçi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi  mövzuları da  müzakirə olunub.


Create Account



Log In Your Account