Jan 16 2020 19:29
Views: 188

Heydər Əliyev Fondu və Bakı Kitab Mərkəzinin təşəbbüsü ilə yaradılmış və “BP Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən tələbə və gənclər üçün "Yüksəl" layihəsinin təqdimatı keçirilib. Bir il müddətində reallaşdırılacaq “Yüksəl” layihəsi tələbə və gənclərin xəyallarını gerçəkləşdirməyə, fərdi keyfiyyətlərinin inkişafına istiqamətlənib. Layihənin əsas ideyası gəncləri müxtəlif sahələrdə böyük nəticələr əldə etməyə həvəsləndirməkdir. Layihə çərçivəsində Bakı Kitab Mərkəzində ixtisaslarında yüksək zirvələrə çatmış gənclərə ilham verən mütəxəssislər hər həftə müxtəlif mövzularda ödənişsiz seminarlar keçirəcək. Bu seminarlar zamanı mühazirəçilər gənclərin dünyagörüşünü genişləndirmək, bacarıqlarını inkişaf etdirmək məqsədilə onlara praktik məsləhətlər və məlumatlar verəcəklər.


Create Account



Log In Your Account