Nov 14 2017 18:37
Views: 533

İkinci Bakı Şopinq Festivalı müxtəlif hədiyyələrlə alıcıların könlünü oxşamağı bacarır. Festival çərçivəsində təşkil olunan  əyləncəli lotoreya oyununun növbəti qalibləri artıq məlumdur.
Lotoreyada qalib gələn alıcıların daha bir hissəsi öz hədiyyəsinə qovuşdu. 10 şanslı şopinqsevər tozsoran maşınlarla mükafatlandırıldı. Amma hədiyyə qazananlar təkcə onlar deyil.
Qaliblər öz hədiyyələrindən kifayət qədər məmnundur. Onların arasında bəxtini 8 dəfə sınayıb, 7 dəfə qalib gələn alıcı da var.
Festivalda 100 manatdan çox alış-veriş edən hər kəsin lotoreya oyununda iştirak hüququ var. Lotoreyada iştirak edə bilmək üçün alış-veriş etdiyiniz mağazanın təqdim etdiyi hesab-faktura və şəxsiyyət vəsiqəsilə bərabər ticarət mərkəzindəki məlumat masasına yaxınlaşmaq lazımdır. Bu zaman məlumat masasının əməkdaşları alıcıya lotoreya bileti təqdim edir. Alıcı bileti pozduqdan sonra bəxtinə çıxan hədiyyənin sahibi olur.
Beləliklə, öz maraqlı kampaniyaları ilə İkinci Bakı Şopinq festivalı davam edir. Buna görə də, alıcılar bu fürsətlərdən maksimum  yararlanırlar.


Create Account



Log In Your Account