Oct 22 2019 18:30
Views: 389

“SOCAR-ın beynəlxalq şirkət olması Gürcüstanda özünü ən yaxşı formada nümayiş etdirir”. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Tbilisi İpək Yolu Forumunda “Energetikanın gələcəyi” mövzusunda təşkil olunan paneldə çıxışında bildirib.Onun sözlərinə görə, şirkətin Gürcüstandakı nümayəndəliyinin ölkənin dövlət rəsmiləri ilə sıx tərəfdaşlıq münasibətləri var. Yaşar Lətifov qeyd edib ki, SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş və ən yaxşı xidmət təminatçısı olmağa çalışır. Şirkət rəsmisi SOCAR-ın dünyanın ən mürəkkəb quruluşa malik yataqlarından sayılan Ümid, Bulla kimi strukturlarda öz imkanları hesabına işlər həyata keçirdiyi qeyd edib. bu il Azərbaycanda dənizdə neft hasilatının 70 illiyinin qeyd edildiyini xatırladaraq, bunun dünya neft sənayesi tarixində önəmli dönüş nöqtəsi olduğunu diqqətə çatdırıb.


Create Account



Log In Your Account