Jun 13 2019 15:24
Views: 234

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi, bu, iqtisadi imkanların artmasına da yardım edəcək. Bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han  Bakıda keçirilən  Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda deyib. Tərəflər arasında əlaqələrin inkişafında bu cür biznes-forumlarının rolundan danışan Yohannes Han bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır.

Yohannes Hann bildirib ki, hər iki tərəf bu razılaşmanın əldə olunması üçün kifayət qədər iddialı çalışır. Sazişin bu il ərzində imzalanması gözlənir. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, bu gün 5-Cİ DƏFƏ KEÇİRİLƏN  Avropa İttifaqı – Azərbaycan biznes-forumunda 1 000-ə yaxın iş adamı iştirak edir. Nazir qeyd edib ki, indi ölkədə 1 600-dən çox Avropa İttifaqı şirkəti fəaliyyət göstərir.

Şahin Mustafayev qeyd edib ki, ötən il Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30% artıb. Bununla yanaşı qeyri-neft sektorunda Avropa İttifaqı bazarının böyük potensialı var. iş adamları bu potensialdan istifadə etməlidir. Biznes forumda qeyd olunub ki, Azərbaycanda son illər biznes mühitinin yaxşılaşması Avropa şirkətləri üçün yaxşı imkanlar açır. Forumda eyni zamanda ölkədə həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd edək ki,  biznes forumda Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin, digər dövlət qurumlarının rəsmiləri çıxış edib. Ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat veriblər. kənd təsərrüfatı və turizm sahələri ilə bağlı panel müzakirələri keçirilib.


Create Account



Log In Your Account