Mar 08 2019 15:19
Views: 265

Dövlət Yol Polisi İdarəsi,  Bakı Nəqliyyat Agentliyi, “Avto FM” və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya  keçirib. Şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılaraq  il ərzində inzibati xətası qeydə alınmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülərə hədiyyələr təqdim edilib.  Onlar “Nümunəvi qadın sürücü” elan edilib. Qadın sürücülərin bir çoxu üçün bu, sözün əsl mənasında sürpriz olub.
Keçirilən bu tədbirin məqsədi  sürücü qadınların  bayramını təbrik etməklə yanaşı,  yol hərəkətində  sürücülərə diqqətli olmaq  və  sürücülük  mədəniyyətini aşılamaqdır. Eyni zamanda, belə aksiyalar polislə sürücülər arasında səmimi  münasibət  yaratmağa xidmət edir.   
Xatırladaq ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi  hər il  8 mart beynəlxalq qadınlar günü münasibəti ilə analojı aksiya keçirir. Bu il bu aksiyaya daha bir neçə qurum qoşularaq qadın sürücüləri təbrik edib.


Create Account



Log In Your Account