Aug 29 2019 19:21
Views: 201

Goranboy rayonunda 15 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur. Artıq işlər başa çatmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə aparılır.  Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 km-dir. Aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla yekunlaşdırılıb.
Bunun üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan təkmilləşdirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Tikinti layihəsinə uyğun olaraq mövcud örtük sökülüb, yolun yararsız qruntu qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Növbəti mərhələdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsası inşa edilib. Daha sonra asfaltlanma aparılıb.Yol boyu suvarma və məişətdə istifadəsi üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik yeni boruların tikintisi işləri aparılıb. Bundan başqa yolun Goranboy-Borsunlu hissəsində Rəhimliçay, Gorançay və Yarğançay üzərində yerləşən mövcud körpülərdə təmir-bərpa işləri görülüb.Son olaraq yol nişanları quraşdırıldıqdan sonra yol yaxın vaxtlarda tam olaraq əhalinin  istifadəsinə veriləcək.


Create Account



Log In Your Account