Nov 08 2019 16:58
Views: 74

Meksikanın incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri rəssam-monumentalist Dieqo Rivera və Frida Kalonun faciə və sevgi dolu həyat dramı  heç kəsi biganə qoymur. Onlar haqqında filmlər çəkilib, onlarla kitab yazılıb. Məşhur cütlüyün həyat və yaradıcılığını əks etdirən 90-dan çox şəkil və rəsm əsəri metronun “Gənclik” stansiyasında nümayiş olunur. Cütlüyün həyat hekayəsindən bəhs edən bu şəkilləri dostları və ailə üzvləri  toplayıb.

Dieqo Rivera və Frida Kalonun sərgisi ilk dəfə 2002-ci ildə öz ev muzeylərində keçirilib. İkinci dəfə isə Bakıda təşkil olunub. Sərgi metro sərnişinlərinin də böyük marağına səbəb olub.

Məşhur cütlük ailə quranda Dieqonun 42 Fridanın isə 22 yaşı var idi. Qeyri-standart münasibətlərə sahib olan cütlüyün həyat yollarında bir çox ziddiyyətlərin, enişlərin olmasına baxmayaraq, bir-birilərinə olan sevgiləri hər zaman çətin vəziyyətdən çıxmağa imkan verib. Cütlük 25 il birgə  yaşayıb. Metronun “Gənclik” stansiyasında açılan sərgidə Bakı sakinləri Dieqo Riveranın və Frida Kalonun ömür yolu ilə yaxından tanış omaq imkanı qazanıblar.


Create Account



Log In Your Account