Jun 15 2019 17:13
Views: 344

Sabah Dənizkənarı Bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində 5-ci Yoqa və Sağlamlıq Festivalı start götürür. Tədbirə hər kəs qatıla və təşkilatçılardan hədiyyə qazana bilər. Festivala giriş pulsuzdur. Ənənəyə uyğun olaraq tədbir açıq havada təşkil olunacaq.
Festival hər il 21 iyunda qeyd edilən Beynəlxalq Yoqa günü ərəfəsində təşkil olunur. Hindistanın Azərbaycandakı Səfirliyi də festivalın tərəfdaşıdır. Builki tədbirin proqramı isə əvvəlkilərdən xeyli fərqlənir.
Beşinci dəfə təşkil dilən festival “YARAT” Müasir İncəsənət Məkanı ilə Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq. Festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.


Create Account



Log In Your Account