Jul 27 2018 18:30
Views: 504

Yunanıstanda  baş  verən faciəvi meşə yanğınları ölkə iqtisadiyyatının əsas istiqamətlərindən olan  turizm sektoruna  ciddi ziyan vurub. Yanğın zamanı həlak olanlar arasında xarici turistlərin olması ölkənin turizm mərkəzi kimi imicini zədələyib. Hökümət vəziyyəti düzəltməyin yollarını axtarır. Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos Azərbaycan vətəndaşlarına müraciət edərək Yunanıstana səfərlərini təxirə salmamağa çağırıb.
Diplomat  faciə zamanı göstərilən dəstəyə və həmrəyliyə  görə Azərbaycan xalqına  təşəkkür edib.   
Ən son məlumata görə, yanğında ölənlərin sayı 85 nəfərə çatıb. Yanğının fəsadları tam aradan qaldırılmadan Attika bölgəsi daha bir təbii fəlakətlə sınağa çəkilib. Ötən gün başlayan güclü leysan yağışları Afinanın şimal şərqində daşqınların yaranmasına səbəb olub. Həm meşə yanğınları həm də daşqınlar illərdir iqtisadi böhran yaşayan ölkənin ciddi maliyyə itkilərinə məruz qalmasına səbəb olub.


Create Account



Log In Your Account