Jun 24 2019 19:25
Views: 645

Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizin mədəni irsi üçün böyük təhlükə yaranıb. Bu fikir Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda səsləndirilib.  Bakıda iyulun 1-də keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində start götürən forumda Dünyanın 30 ölkəsindən gələn 30 gənc iştirakı edir. Forumun keçirilməsində əsas məqsəd gənc nəslin  dünya mədəni irsinin qorunmasında rolunun müzakirəsi, mədəni irsin idarə edilməsinə gənclərin cəlb olunmasıdır. Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, belə tədbirlər gənc peşəkarlara ümumdünya mədəni irsi ilə yaxından tanış olmaq və Azərbaycanın mədəni irsi haqqında daha dolğun məlumat almaq  imkanı yaradır.

10 gün davam edəcək forum gənc kadrlar və müəllimlər üçün də  maraqlı olacaq.

Forum çərçivəsində Mədəniyyət Nazirliyi və Memarlıq və İnşaat Universiteti arasında təhsil, innovasiyalar, elm və peşəkar təhsil istiqamətinə yönəlik əməkdaşlıq haqqında memarandum da imzalanıb.


Create Account



Log In Your Account