Mar 11 2020 17:33
Views: 280

Azərbaycanda mövcud olan multikulturalizm modeli dünyanın digər ölkələrinə də örnəkdir. ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul etməsi bunu bir daha sübut edir. 
Bəyannamədə Azərbaycandakı dinlərarası tolerantlıq mühiti təsvir olunaraq, bu mühitin gücləndirilməsində Azərbaycan hökumətinin önəmli rolu vurğulanır. Plenar iclasda qəbul edilən bəyannaməni Senator Cin Deyvis oxuyub. Yuta Senatının sədri Stüart Adams Azərbaycanın dünyada dini azadlıqlara göstərdiyi hörmətə və dinlərarası tolerantlığına görə tanındığını bildirib.
Bəyannamənin qəbul olunduğu plenar iclasda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, həm də Yuta ştatında səfərdə olan Azərbaycan nümayəndə də heyəti iştirak edib. 

 


Create Account



Log In Your Account