Feb 22 2021 18:06
Views: 268

Amerika Birləşmiş Ştatlarında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilir. Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə bu ştatın Solt Leyk Siti şəhərinin mərkəzində – Kapitol binası qarşısında açıq hava sərgisi təşkil olunub. Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib. Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır. Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account