Jun 18 2019 19:57
Views: 297

“Azərbaycan Ordusunun döyüş hazırlığının gücləndirilməsi istiqamətində mütəmadi işlər aparılır.” Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirb ki, hərbi şəhərciklərin 85 faizi yenidən qurulub. Yeni silahların alınması üçün iş aparıldığını vurğulayan nazir bildirib ki, Azərbaycan Ordusunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də tədbirlər davam etdirilir. Müasir komanda-idarəetmə sistemi qurulur. Nazir Azərbaycan ordusunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu deyib. Səhra bacarıqlarının artırılması ilə əlaqədar mütəmadi təlimlər təşkil olunur. Azərbaycan Türkiyənin bu sahədə təcrübələrini öyrənir. İki qardaş ölkə birgə təlimlər təşkil edir. Müdafiə naziri deyib ki, döyüş hazırlığının artırılması üçün təşkil olunan təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə keçirilir.
Nazir qeyd edib ki, Hərbi hava Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.
Zakir Həsənov qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur. Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusunun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə də münasibət bildirib.  Bildirib ki, David Tonoyan yalan danışır. “Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar", - deyə nazir vurğulayıb. Zakir Həsənov deyib lki, 2016-cı il aprel döyüşləri Azərbaycan ordusunun nəyə qadir olduğununu sübut edib. 
Nazir qeyd edib ki, Azərbaycan xalqı Ordumuzun qələbəsini gözlədiyini bütün hərbçilər yaxşı bilir.  Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar. Zakir Həsənov  bildirib ki, beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir. Lakin Azərbaycan ordusu istənilən döyüş tapşırığını icra etməyə hazırdır.
Zakir Həsənov qeyd edib ki, Vətən, millət, dövlət məsələsində cılız maraqlar kənara qoyulmalıdır. “Biz hamımız bir olmalıyıq. Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir". – deyə o bildirb. Müdafiə naziri və nazirliyin rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında da iştirak edib.


Create Account



Log In Your Account