Oct 15 2019 20:06
Views: 220

ABŞ Konqresmeninin işğal olunmuş Dağlıq Qarabağa icazəsiz səfəri demokratiyaya, insan hüquqlarının təməl prinsiplərinə və beynəlxalq hüquqa zidd olması ilə yanaşı, münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərir.  
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın işğal altında olan Azərbaycan ərazilərinə ABŞ Konqresmenlərinin qanunsuz səfəri ilə bağlı bəyanatında belə deyilir. Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə göndərilən etiraz məktubunda səfərin Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalını dəstəkləməyə xidmət etdiyi vurğulanıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forum”da qanunsuz iştirakına münasibət bildirib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva deyib ki, bu, Zatulinin Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır. Milli Məclisin deputatı Asim Mollazadə da Zatulinin bu səfərinin elə Rusiya tərəfindən araşdırılmalı olduğunu deyib.
Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə, erməni lobbisinin bu qanunsuz səfər Zatulinin erməni lobbisi ilə yaxınlığını bir daha sübut edir.
Millət vəkili Sevinc Fətəliyeva isə hesab edir ki, bu cür səfərlərin məqsədi həm də Azərbaycan-Rusiya münasibətlərini pozmağa hesablanıb.
Azərbaycanin millət vəkilləri hesab edirlər ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi Ermənistan hakimiyyətinin separatçı rejimi təbliğ etmək cəhdlərinin təzahürüdür.  Bəzi ölkələrin parlament üzvləri isə bu təşəbbüslərə qoşulmaqla təmsil etdiyi dövlətin milli maraqlarına zidd addım atır.


Create Account



Log In Your Account