Oct 15 2019 19:51
Views: 279

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Baku Steel Company” MMC-də kompleks mülki müdafiə təlimi keçirib. Təlim zamanı zavodda şərti partlayış zamanı xəsarət alan 10 nəfər və dağıntılar altında qalan 13 nəfər çıxarılıaraq ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə təhvil verilib.
Təlim bir neçə mərhələli olub. İşcilərin xəbərdar edilməsi, hadisə yerinə qüvvələrin cəlb olunması, qəza xilasetmə işlərinin  davam etdirilməsi və əməliyyatların sona çatdırılması.
Təlimdən sonra zavodda fərdi mühafizə vasitələrindən təşkil olunmuş sərgiyə baxış kecirilib. “Baku Steel Company” MMC-nin birinci vitse-prezidenti Ramin Kərimov zavodun Cənubi Qafqazın ən nəhəng metallurgiya müəssisəsi olduğunu  və burada 1500-dən cox işçinin çalışdığını qeyd edib. Təhlükəsizliyin qorunması üçün zavodda xüsusi avadanlıqların quraşdırıldığını və rekonstruksiya işlərinin aparıldığını bildirib. 
“Baku Steel Company” MMC-də keçirilən təlimə dövlət qurumlarının 100-dən çox nümayəndəsi qatılıb.


Create Account



Log In Your Account