Jun 07 2019 19:49
Views: 298

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin bu ölkədə keçirdiyi “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri çərçivəsində “Azərbaycan! Sənsən mənim ülviyyətim” adlı tədbir və konsert proqramı təqdim edilib. 

Sənət və Mədəniyyət Universitetində keçirilən tədbirdə elm, mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, jurnalistlər iştirak ediblər. Universitetin rektoru, professor İbrahim Yuldaşov vurğulayıb ki, dünyada Özbəkistan və Azərbaycan kimi bir-birinə bu qədər yaxın çox az sayda xalqlar var. Tədbirdə iştirak edən Özbəkistan mədəniyyət xadimləri də bu cür layihələrin əhmiyyətini yüksək qiymətləndiriblər.


Create Account



Log In Your Account