Oct 02 2019 14:44
Views: 372

Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi olub. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında dünyanın müxtəlif ölkələrindən musiqiçilər iştirak edib. Festivalda məşhur bəstəkarların əsərləri ifa olunub. 
Festival təntənəli bağlanış mərasimi ilə yekunlaşıb. Burda dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.
Bağlanış mərasimində hər bir çıxış böyük maraqla qarşılanıb.
Festival günlərində paytaxtın bir sıra konsert salonlarında 40-a yaxın tədbir baş tutub. Xalq artisti Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabı təqdim edilib. Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.


Create Account



Log In Your Account