Sep 26 2018 15:06
Views: 737

Azərbaycanın musiqi və incəsənət beşiyi olan Şuşa 1992-ci ildə erməni işğalına məruz qalıb. Şuşa melodiyaları Rəşid Behbudov adına Dövlət Mahnı  Teatrının gənc xanəndələrinini ifasında səslənib. Onlar Qarabağlıdırlar.
Şuşa dünyaya dahi musiqiçilər bəxş edib. Müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəyli də Şuşada doğulub. Dağlıq Qarabağın işğal olunmasına baxmayaraq Qarabağ musiqi ənənələrinin davamçıları böyüyən nəslə bu ənənələri öyrədirlər.
Hər ifada Şuşanın tarixi yaşayır. Bu gənc ifaçılar bir gün öz doğma torpaqlarında oxumağı arzulayır və bu məsuliyyətin ağırlığını dərk edirlər.
Erməni işğalından sonra Şuşa musiqi məktəbləri müvəqqəti olaraq Bakıda fəlaiyyətini davam etdirir. Müəllimlər də, şağirdlər də azad olunmuş Şuşada ifa etmək arzusu ilə yaşayır.


Create Account



Log In Your Account