Sep 25 2018 18:37
Views: 534

Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində olduğu kimi, Cümhuriyyətin yaranmasında da əvəzsiz rol oynayıb. Cümhuriyyət dövrünün ictimai-siyasi həyatında yaxından iştirak edən bəstəkar milli məfkurənin möhkəmlənməsində ölümsüz musiqisi ilə yanaşı, iti publisist qələminə sarılmışdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra, “Azərbaycan” qəzetində müstəqillik, azərbaycançılıq,  dünyəvi ideyaların  təbliği ilə sıx məşğul olmuşdu. 
Milli musiqi tarixində ilklərə imza atan bəstəkarın yaradıcılığının tacı heç şübhəsiz, Azərbaycan himnidir. Təsadüfi deyil ki, milyonlarla azərbaycanlının ayaq üstə dinlədiyi müstəqil Azərbaycanın himni məhz 1919-cu ildə, Cümhuriyyət dövründə yazılıb. 
Üzeyir Hacıbəyli 43 il fasiləsiz davam edən ictimai-siyasi, ədəbi-mədəni mübarizəsini milli-mənəvi dəyərlərin təbliğinə həsr edib. O həm milli istiqlal uğrunda,  həm də peşəkar musiqinin əsaslarını yaratmaqla zəngin irs qoyub.


Create Account



Log In Your Account