Jan 18 2021 19:07
Views: 235

Təxminən 2 hektar sahədə yerləşəcək muzey kompleksinin ərazisində tikinti işləri aparılır. Əraziyə döyüş meydanında Ermənistan ordusundan qənimət olaraq ələ keçirilən 100-ə yaxın hərbi texnika gətirilib. Bu texnikalar məğlub Ermənistan ordusu haqqında aydın təsəvvür yaradır. Ekspertlər hesab edir ki, memorial kompleks panorama muzey şəklində ola bilər. Əməkdar rəssam Yaşar Zeynalov deyir ki, muzeydə I Qarabağ müharibəsi ilə Vətən Müharibəsinin tarixini əks etdirən şəkillər nümayiş etdirilməlidir. Qarabağın dağılmış tarixi və mədəni abidələrinin maketlərinin nümayişi də təkliflər sırasındadır. Muzeyin yerləşəcəyi ərazi artıq indidən paytaxt sakinlərinin diqqətini cəlb edir. Muzeyin Ağ şəhərdə yerləşməsi həm də bura turist axını baxımından önəmlidir. Qeyd edək ki, bir ay öncə prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.


Create Account



Log In Your Account