Jul 04 2019 14:30
Views: 212

Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində qətlə yetirildiyi gündür. 2017-ci il iyulun 4-ü saat 20:40 radələrində Ermənistan ordusu Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu təxribat nəticəsində kənd sakinləri - 2015-ci il təvəllüdlü Zəhra Quliyeva və onun nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və həlak olublar.  Azərbaycan Emənistanın bu qanlı cinayəti ilə bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət etsə də, dünya birliyi baş verən faciəyə lazımı qiymət verməyə həvəs göstərmədi. Baxmayaraq ki bu cinayət  1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin, hərbi münaqişələr zamanı sivil davranış qaydaları haqqında beynəlxalq sənədlərin, o cümlədən uşaqların hüquqlarının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması idi.

1988-1994-cü illərdə ermənistan terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə səbəb olub. 1988-1989-cu illərdə Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlıya qarşı həyata keçirilən etnik təmizləmə nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olub. Xocalı soyqırımı nəticəsində öldürülənlərdən isə 63-ü uşaq idi. Bu faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə valideynlərindən birini itirib. Qarabağ münaqişəsində 53 azərbaycanlı  uşaq itkin düşüb, 200-ə yaxını isə qətlə yetirilib.

Bu gün mənasız silahlı münaqişələr nəticəsində dünyada yaşayan təqribən 2 milyard uşaqdan 600 milyonu yoxsulluqdan əziyyət çəkir. 600 milyona yaxın uşaq təhlükəli döyüş bölgələrində yaşayır. BMT-nin məlumatına görə, 1945-1992-ci baş vermiş müharibələr nəticəsində 2 milyondan çox uşaq öldürülüb. 5 milyon-a yaxını qaçqın düşüb, təqribən bir o qədəri də əlil olub. 12 milyon uşaq  evsiz qalıb, 1 milyondan çox uşaq isə valideynlərindən ən azı birini itirib.


Create Account



Log In Your Account