Mar 27 2019 18:33
Views: 459

Zəlzələ baş verərsə, necə davranmaq lazımdı? Yer titrəməsi nə qədər davam edə bilər? Təbii fəlakəti öncədən proqnozlaşdırmaq mümkündürmü? Bu maraqlı suallara Respublika Seysmoloji Xidmət Mərkəzinin keçirdiyi "Açıq qapı" formatlı sərgidə cavab tapmaq mümkündür. Mərkəzin binası önündəki çadırda təşkil olunan sərgi hər il  martın 27-də qeyd olunan "Elm günü" münasibətilə keçirilir.

Tədbirdə son 100 ildə ilk dəfə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş etdirilir. Qeyd olunur ki, hazırda Azərbaycan seysmoloqları bu elm sahəsindək ən müasir cihazlardan yararlana bilirlər. 

Sərgidə 100-dən artıq cihaz nümayiş etdirilir. Burada  seymologiyanın digər istiqamətləri -  geofiziki, geodinamik, geokimya sahəsində işlədilən avadanlıqları görmək, onlar haqqında mütəxəssislərdən məlumat almaq mümkündür.

Sərgidə birbaşa monitorda Şəki-Şamaxı, Kürətrafı talış zonasında, həm də Quba geodinamik bölgəsində gərginlik-deformasiya vəziyyətinin xəritəsi ilə tanış olmaq mümkündür. “Açıq Qapı” günündə bu çadırı ziyarət edənlərə seysmologiya sahəsində aparılan tədqiqatların tarixi, araşdırmalar, zəlzələrin proqnozlaşdırlıması, Yer titrəməsi zamanı insanların davranışı və digər məsələlər barədə geniş məlumat verilir.

 


Create Account



Log In Your Account