Jul 24 2019 16:55
Views: 189

2016-cı ildə Azər Nəsibov “Səs Uşaqlar” layihəsinin tamaşaçılarını öz istedadı ilə fəth etməyi bacardı. Müsabiqənin finalçısı olan həmyerlimiz indi Moskvada yaşayır, vətəninə isə bir neçə günlük qonaq gəlib. O, burada JARA festivalında qonaq qismində çıxış edəcək.  

Azər Nəsibov “Səs Uşaqlar” layihəsində ilk çıxışında sonra müsabiqənin favoritlərindən birinə çevrilib. Onu Robertino Loretti  ilə müqayisə edirilər. Azər özü isə kumiri kimi dahi Azərbyacanlı müslüm Maqomayevin adını çəkir.

Layihənin bitməsindən 3 il keçib. Azər bu müddət ərzində çox dəyişib. Gənc vokalçı ailəsi ilə birgə Moskvaya köçüb, orda kollecə daxil olub. Bir il bundan öncə Azər Nəsibov “The Dream” - yəni, «Arzu” adlı mahnı üçün ilk klipini tamşaçıların ixtiyarına buraxıb. Video Youtube portalında  180 min dəfədən çox izlənib və bəyənilib. Gənc vokalçının fikrincə, hər şey qabaqdadır və gələcəkdə nəsə əldə etmək üçün o, öz üzərində işləməyə davam edir. Bu məqsədlərdən ən başlıcası Azərbaycanı beynəlxalq mahnı müsabiqəsində - “Avroviziya”da təmsil etməkdir.


Create Account



Log In Your Account