Apr 29 2019 18:52
Views: 387

Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyinin təmirdən sonra açılışı olub. Açılış mərasimində çıxış edənlər görkəmli rəssamın yaradıcılığından, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən söhbət açıblar. Mədəniyyət naziri Əbülfəs Qarayev Əzim Əzimzadənin Azərbaycan mədəniyyətinin ən tanınmış simalarından biri olduğunu bildirib.

Muzeydə eksponatların bərpa olunub və ekspozisiyaya yeni bədii tərtibat verilib. Rəssamlar hesab edirlər ki, bu cür muzeylər Azərbaycan mədəniyyətinin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.

Əzim Əzimzadənin vaxtilə yaşadığı ev xatirə muzeyi kimi 1965-ci ildə yaradılıb. 1968-ci ildə ilk dəfə qapılarını ziyarətçilərə açıb. Muzeyin binası Mədəniyyət Nazirliyinin köməkliyi ilə yenidən qurulub.  Xatirə muzeyində rəssamın 2117 eksponatı saxlanılır.    


Create Account



Log In Your Account