May 13 2019 13:58
Views: 833

Fransız kino rejissoru Matyö Aqın ilk baxışdan Bakıya vurulan sənətçidir. Onun çəkdiyi “İnternat” sənədli filmi Azərbaycan-İtaliya beynəlxalq film festivalında qran priyə - Zərdüşt mükafatına layiq görülüb. Həmin vaxt rejissor özü festivala qatıla bilməmişdi. Bu dəfə Matyö Aqın filmini “İmagine” Avropa Tolerantlıq Festivalı çərçivəsində bakılı tamaşaçılara şəxsən təqdim edib.

Azərbaycanda “İmagine” Tolerantlıq Festivalı Avropa İttifaqı Nümayəndəliyinin təşəbbüsü və tədbirlərdə iştirak edən səfirliklərin, o cümlədən Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycanda Fransız İnstitutunun tərəfdaşlığı ilə keçirilir. “İnternat” filminin mövzusu məhz insanlar arasındakı tolerantlığı əks etdirir.

Rejissor İmagine kino festivalı çərçivəsində keçirilə tədbirlərdə iştirak edib, müxtəlif xalqların nümayəndələri ilə görüşüb, fərqli ölkələrin təqdim etdiyi filmlər, onların rejissorları, fotoqraflarla tanış oldum, sərgilərə qatılıb. Hesab edir ki, festival çərçivəsində tədbirlərin hamısı tolerantlıq mövzusunu kəşf etməyə yardım edir. Cənab Aqının sözlərinə görə, festivalın Bakıda – tolerantlıq mərkəzi sayılan bir şəhərdə keçirilməsi lap yerinə düşüb

Matyö Aqının digər filmləri də müxtəlif festivallarda yer tutub. “Sıxıntı yaradanlar” adlı qısametrajlı film  Oban (Aubagne) festivalının finalçısı olub. “Livandan bir ətir”, “Haqq-hesab”, “Silinməz”, “Təcridolunma”, “Gizli sahələr” kimi sənədli filmlərin müəllifidir. Hazırda “Açıq əllər ilə” və “Beyruta bir gediş” adlı tam metrajlı filmlər üzərində işləyir. Matyö Aqın liseydə film çəkilişi üzrə müəllim işləyir, tələbələri ilə birlikdə çəkilişlər aparır.


Create Account



Log In Your Account