Dec 10 2019 17:32
Views: 160

Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penoplekst SPB" şirkətinin izolyasiya materiallarının istehsalı zavodunun təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və onun Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Ərazisi 7 hektarı əhatə edəcək zavoda 6,6 milyon manat investisiya qoyulacaq. Onun məhsullarının əsas satış bazarı Azərbaycanla yanaşı, qonşu Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq. Zavod 2021-ci ilin birinci rübündə təhvil veriləcək. "Azərmaş" ASC və Rusiyanın "Qaz Qrup" şirkətinə məxsus, kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodun investiya dəyəri 14 milyon manatdır. Zavodda ildə 1 000 ədəd "Qazel", "Qazel Biznes", "Qazel Next" markalı avtomobillərin istehsalı nəzərdə tutulur. 1998-ci ildən fəaliyyət göstərən Rusiyanın "Penoplekst SPB" şirkətinin əsas fəaliyyət sahələri polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ tətbiqi materialların istehsalıdır. Bu "Penoplekst SPB" çirkətinin sayca 11-ci zavodu olacaq. "Şirkətin Azərbaycandakı zavodunu fəaliyətə başlayaması həm də iki ölkə arasında olan ticarət- iqdisadi əlaqələrinə öz töhfəsini verəcək. Pirallahı sənaye parkında dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi R-Pharmın 1- ci mərhələsinin açılışı da baş tutub. 2018-ci ildə tikintisinə başlanılan zavod Avropa ölkələrinin aparıcı şirkətlərinin isehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək.


Create Account



Log In Your Account