Feb 16 2019 18:45
Views: 771

Azərbaycanlı işgüzar xanım, marifləndirmə platformasının  və   “Vovomen” cəmiyyətinin  təsisçisi  Zərəngiz Hüseynova, Forbs-un Avropada 30 yaşa qədər olan ən parlaq gənclər siyahısında yer alıb. Bu,  musiqi,idman,maliyə və digər sahələrin inkişafına dəstək olan 30 yaşa qədər parlaq gənclərin  siyahısıdır. Zərəngiz Hüseynova mükafatlar və təltiflərə sahib olmağın gözəl olduğunu,bunun arxasında isə böyük əməyin ,sarsılmaz inamın,böyük səylərin dayandığını deyir.
Zərəngiz  Hüseynova   “Vovoman “ sosial platformasını bir neçə il bundan öncə yaradıb.Məqsəd qadınlara dəstək olmaq ,ruhlandırmaq  və onları yeni işlərə ilhamlandırmaqdır. Zərəngiz  Hüseynova   bu məkanı qadınların özünü ifadə etməsi, ideyalarını reallaşdırması üçün  yaratdığını deyir.
 “Vovoman” cəmiyyətindən   artıq 8000-ə yaxın qadın yararlanıb.Ötən ilin oktyabırında “Vovoman”MDB məkanından ilk dəfə olaraq   100 Facebook cəmiyyətinə daxil olub.Gənc işgüzar xanım  eyni zamanda  Haaqada keçirilən  “one young world” beynəlxalaq konfransında çıxış edib.Bu ilin aprelində isə Zərəngiz Hüseynova  “Vovoman”komandası ilə birlikdə  yeni “W.Space”layihəsini işə salacaq.


Create Account



Log In Your Account