Apr 04 2019 19:12
Views: 287

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara ödənişlərin verilməsi üçün sənədlərin qəbuluna bu gündən  başlanılır. Bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar maddi yardımdan xidmət haqqı tutmayacaq. Şahin Mustafayevin sözlərinə görə, artıq 20 sahibkar onlara təklif olunan başqa ticarət mərkəzlərində yerləşdirilib. 


Create Account



Log In Your Account